Azərbaycan otellərində ən çox gecələyən xarici ölkə vətəndaşları – Siyahı

15:08 - 18.02.2021


18 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi ötən il mehmanxana sistemində qeydə alınan bəzi statistik rəqəmləri açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 416,7 min olub.

Bu da 2019-cu illə müqayisədə 5,4 dəfə azalma və ümumi gecələmələrin 41,7 faizini təşkil etməsi deməkdir.

Gecələmələrin 14,4 faizi Rusiya, 9,2 faizi Səudiyyə Ərəbistanı, 9,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,7 faizi Türkiyə vətəndaşlarının payına düşüb.

Məlumata görə, 2020-ci ildə mehmanxanaların gəlirləri 2019-cu illə müqayisədə 3,9 dəfə azalaraq 116,8 milyon manat olub.

 

Bütün xəbərlər