330x110
 

Neftin bir bareli 100 dollar olacaq - Nikbin proqnoz

18.02.2021,15:18


18 fevral, Fineko/abc.az. ABŞ bankları – “JPMorgan Chase & Co.” və “Goldman Sachs” neftin qiymətinin bir barel üçün 100 ABŞ dollara yüksələcəyini proqnozlaşdırır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, iqtisadçılar pandemiyanın təsirlərinin azalması ilə xammal bazarında yeni “supertsikl”in başlayacağını düşünürlər.

“Önümüzdəki illərdə əvvəlcə neftə ehtiyacımız çoxalacaq və təklif tələbi ödəməyəcək. Amma sonra neftə heç ehtiyacımız da olmayacaq. Bu dövrdə neftin bir barrelinin 100 ABŞ dollar və ya daha çox olacağını görə bilirik”, - “JPMorgan”ın neft-qaz sektorunun başçısı Kristian Malek deyib.