330x110
 

Ötən il ən çox iş yerləri açılan rayon və şəhərlər - Siyahı

18.02.2021,15:41


18 fevral, Fineko/abc.az. 2020-ci il ərzində ölkədə 129 min yeni iş yerləri açılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə yaradılmış iş yerlərinin 54,9% qeyri-dövlət sektorunda açılıb.

Yeni iş yerlərinin 69,3% Bakı şəhərinin, 0,7% Naxçıvan Muxtar Respublikasının, 30,0% digər regionların, o cümlədən 8,4% Aran, 6,6% Lənkəran, 6,0% Gəncə-Qazax, 2,4% Abşeron, 2,0% Dağlıq Şirvan, 1,5% Şəki-Zaqatala, 1,5% Yuxarı Qarabağ, 1,4% Quba-Xaçmaz, 0,2% isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Müəllif: Elmir Murad