330x110
 

Bakıda qanunsuz tikililər söküldü – Foto

18.02.2021,16:28


18 fevral, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən aparılan araşdırmalar zamanı Binəqədi rayonunda Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazıdə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan torpaq sahəsinin işbazlar və müxtəlif vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilərək hasarlanması araşdırılıb.

BŞİH-in Mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, araşdırmalar nəticəsində müəyyən olunan pozuntuların aradan qaldırılması, buradakı tikili və hasarların sökülməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının texnika və işçi quvvəsi tərəfindən 2 gün ərzində bu ərazidə zəbt edilən 15 sahənin hasarları və 3 ədəd qanunsuz tikili sökülərək 1,5 ha yaxın ərazinin təmizlənməsi işləri həyata keçirilib, qanunsuzluqlara yol verən vətəndaşlara xəbərdarlıq edilib.