Ləğv edilmiş “DəmirBank”ın əmanətçilərinə 43 milyon manatdan çox kompensasiya ödənilib

16:12 - 1.03.2018


1 mart, Fineko/abc.az.  Azərbaycanda ləğv edilmiş “DəmirBank”ın əmanətçiləri  43,2 milyon manat məbləğində kompensasiya aldılar.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (AƏSF) verilən  məlumata əsasən, kompensasiyalar əmanətçilərə fevralın 1-dən martın 1-nə qədər verilib.

“Kompensasiyaların verilməsi “Kapital Bank”ın filialları vasitəsilə  həyata  keçirilir və il ərzində davam edəcək”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər