Nağdsız valyuta bazarında aparılan əməliyyatlar azalıb – 7 faizə yaxın

17:18 - 18.02.2021


18 fevral, Fineko/abc.az. 2020-ci il ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 25.9 milyard ABŞ dolları ekvivalentində olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu ötən ilə nəzərən 6.7% azalma deməkdir.

Nağdsız valyuta əməliyyatlarının 86.5%-i ABŞ dollarında, 13.5%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 34.7%-i banklararası valyuta bazarında, 65.3%-i isə bankdaxili valyuta bazarında həyata keçirilib.

 

Bütün xəbərlər