Bankların nağd xarici valyuta ilə alqı-satqı əməliyyatları azalıb - Hesabat

10:14 - 19.02.2021


19 fevral, Fineko/abc.az. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 13.3% azalaraq 5.2 milyard ABŞ dolları ekvivalentində olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bunun 4.5 milyard dollarını və ya 86.7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

Nağd xarici valyuta alqı-satqısı əməliyyatları əsasən I rübə təsadüf edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər