Ötən il manatın dollara qarşı orta günlük rəsmi məzənnəsi dəyişməz qalıb

10:27 - 19.02.2021


19 fevral, Fineko/abc.az. 2020-ci ildə manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyən edilib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, il ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib.

Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub.

Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1.6991, orta satış məzənnəsi isə 1.7025 manat təşkil edib.

Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.009 manat və satış məzənnəsi arasında fərq isə 0.0025 manat olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər