Azərbaycanda Süd İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

16:29 - 1.03.2018


1 mart, Fineko/abc.az. Azərbaycanda Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb.

İqtisadiyyat Nazirliyinin məlumatında deyilir ki, Assosiasiya süd və süd məhsullarının istehsalı sahəsində sahibkarlığın inkişafına, bu sahədə yeni texnologiyaların tətbiqinə, istehsalın və ixracın artmasına dəstək göstərəcək.

Məlumatda deyilir: “Assosiasiyanın  İdarə Heyətinin sədri vəzifəsinə Samir Eyyubov təyin edilib”.

 

 

Bütün xəbərlər