Azərbaycan kartof ixracını artırıb - Hesabat

11:32 - 19.02.2021


19 fevral, Fineko/abc.az. 2020-ci ildə Azərbaycandan ümumi dəyəri 33 786,2 min ABŞ dolları dəyərində 81 388,3 ton kartof ixrac edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin göstəricisi ilə müqayisədə ötən il Azərbaycandan ixrac edilən kartofun dəyəri 25,8%, həcmi isə 31,7% artıb.

Bununla yanaşı, ötən il Azərbaycana ümumi dəyəri 49 517,4 min dollar dəyərində 182 700 ton kartof idxal olunub. 2019-cu il ilə müqayisədə idxalın dəyəri 4,4%, həcmi isə 5,4% azalıb.

Bu onu göstərir ki, ötən il Azərbaycanda kartofun idxalı ixracı 2,2 dəfədən çox üstələyib. 

 

Bütün xəbərlər