330x110
 

Ötən ay bu 3 elektron malların istehsalı azalıb - Siyahı

19.02.2021,14:16


19 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında kompüter, elektron və optik məhsulların istehsalı azalıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ay ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 11,8 milyon manatlıq məhsul istehsal olunub.

2020-ci ilin müvafiq ayı ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 53,4 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı isə 93,6 faiz artıb.

Müəllif: Elmir Murad