330x110
 

Ötən il idxalı artan və azalan məişət avadanlıqları - Siyahı

19.02.2021,14:52


19 fevral, Fineko/abc.az. Ötən il məişət kondisionerlərinin idxalı 2019-cu illə müqayisədə 33,4 faiz azalıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə paltaryuyan maşınlar 7,4 faiz, mebellər 24,9 faiz, məişət soyuducuları isə 12 faiz azalıb.

Hesabat dövründə idxalında artım olan mallar da var.

Belə ki, keçən il hesablama maşınları, blok və qurğularının idxalında 23,1 faiz artım müşahidə olunub.

Müəllif: Elmir Murad