Azərbaycana gələn əcnəbilərin sayı kəskin azalıb - 6 dəfədən çox

16:39 - 19.02.2021


19 fevral, Fineko/abc.az. Koronavirus pandemiyasının turizm sektoruna mənfi təsiri bu ilin ilk ayında da davam edib.

Dövlət Sərhəd Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, 2021-ci ilin yanvar ayında Azərbaycana dünyanın 105 ölkəsindən 36,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmiş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

2021-ci ilin yanvar ayında ölkəmizə gələnlərin 34,1% Rusiya Federasiyası, 28,4% Türkiyə, 13,1% İran, 11,7% Gürcüstan, 2,1% Ukrayna, 1,5% Böyük Britaniya, 1,0% Belarus, hər birindən 0,8% olmaqla Özbəkistan və Türkmənistan, 0,7% Qazaxıstan, 0,6% Almaniya, 0,5% İtaliya, 0,4% ABŞ, 0,3% Fransa, 4,0% digər ölkələrin vətəndaşları olub. Gələnlərin 95,2% kişilər, 4,8% qadınlar təşkil edib.

 

Bütün xəbərlər