Azərbaycan vətəndaşlarının xaricə səfəri də azalıb – 15 dəfədən çox

17:23 - 19.02.2021


19 fevral, Fineko/abc.az. 2020-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 15,6 dəfə azalaraq 27,8 min nəfər olub.

ABC.AZ Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 48,1 faizi Türkiyəyə, 14,8 faizi Rusiya Federasiyasına, 10,4 faizi Gürcüstana, 8,7 faizi İrana, 18,0 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 77,2 faizini kişilər, 22,8 faizini qadınlar təşkil edib. Bu dövrdə ötən ilin eyni ayı ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 68,1 dəfə, Gürcüstana gedənlərin sayı 45,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 17,8 dəfə, Türkiyəyə  gedənlərin sayı isə 3,2 dəfə azalıb.

 

Bütün xəbərlər