Azərbaycandan alkoqollu içkilərin ixracı artıb - 33 faizdən çox

11:03 - 22.02.2021


22 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycandan 1 milyon 25 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3% artıb.

Cari ilin ilk ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,06%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,70%-ə bərabər olub.

Hesabat dövründə bu məhsul kateqoriyası üzrə ölkəyə idxalının dəyəri 2 milyon 540 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 22,8% azdır. Cari ilin yanvar ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,32% təşkil edib.

 

Bütün xəbərlər