Heyvandarlıq sahəsində yeni layihə - Sistem mərhələli şəkildə aparılacaq

11:48 - 22.02.2021


22 fevral, Fineko/abc.az. “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması prosesinə start verilib.

Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, sistemin yaradılması Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Dünya Bankının birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

Layihə üzrə Dünya Bankının maliyyə dəstəyi ilə proqram təminatının yaradılmasına başlanılıb.

Proqram təminatı yaradıldıqdan sonra seçilmiş müvafiq ərazidə iribuynuzlu heyvanlar və atlarda identikləşdirmə aparılmaqla sistemin sınağı həyata keçiriləcək.

Sistemin mərhələli şəkildə yaradılması, pilot ərazidə sınaqdan keçirildikdən sonra bütün ölkə üzrə tətbiq edilməsi nəzərdə tutulur.

 

Bütün xəbərlər