Kəlbəcərə yol çəkiləcək – Martda işlərə başlanacaq

12:13 - 22.02.2021


22 fevral, Fineko/abc.az. Əsas tapşırıqlardan biri azad olunan ərazilərə yolların çəkilişinin təmin edilməsidir.

ABC.AZ xəbər verir ki, bu barədə “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş brifinqdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov bildirib.

O qeyd edib ki, bu bölgələrdən biri Kəlbəcərdir.

"Bu gün Kəlbəcərə gedən yol müvəqqəti olaraq Gəncə-Göygöl istiqamətindən keçir. Tarixi Tərtər-Ağdərə-Kəlbəcər yolundan hələ ki, ancaq sülhməramlılarla birgə istifadə edə bilirik. Hazırda Murov dağının Ömər zirvəsindən keçməklə gedən Kəlbəcər yolunun üzərində işləyirik. Yol birinci texniki dərəcəyə uyğun çəkiləcək, ərazidə bir neçə kilometrlik tunel salınacaq. Mart ayından etibarən həmin yolun çəkilişinə başlanılacaq" deyə S. Məmmədov bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər