Bananın qiyməti bahalaşmaqda davan edir - Səbəb

12:30 - 22.02.2021


22 fevral, Fineko/abc.az. Bananın qiyməti yenidən bahalaşmağa doğru gedir.

ABC.AZ-ın məlumatına gərə, buna səbəb kimi dünyanın əsas banan istehsalçısı olan Ekvadorda məhsulun az olması göstərilir.

Bununla yanaşı pandemiya nəticəsində daşımalarda yaranan çətinliklər də banan qıtlığı yaradıb.

Ekvadorda Sanqay vulkanının aktivləşməsi də banan istehsalına təsirsiz ötüşməyib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər