Prezident Fərman verdi - Xüsusi nümayəndəliklərdə vəzifələr yaradılıb

14:17 - 22.02.2021


22 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev Prezidentin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, Fərmana əsasən, Təsnifat Toplusuna Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi məzmun əlavə edilib.

 

Bütün xəbərlər