Nazir müavininə yeni vəzifə verildi

15:05 - 22.02.2021


22 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Sərəncamla “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

Müşahidə Şurasının sədri

Xalid Əhədov – Birinci vitse-prezidentin köməkçisi

Müşahidə Şurasının üzvləri

Rəhman Hümmətov – Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

 

Bütün xəbərlər