Azərbaycana idxal olunan təbii balın həcmi açıqlanıb - Hesabat

16:09 - 22.02.2021


22 fevral, Fineko/abc.az. Ötən il Azərbaycana idxal edilən təbii balın həcmi açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə ölkəyə 479 min ABŞ dolları dəyərində 122,67 ton təbii bal idxal edilib.

Müqayisə üçün qeyd edək ki, bu göstərici 2019-cu ildəkindən dəyər ifadəsində 2,2% az, həcm ifadəsində isə 12% artım deməkdir.

 

Bütün xəbərlər