Avropadan Azərbaycana damazlıq heyvanlar gətirilib - 1000 baş

16:22 - 22.02.2021


22 fevral, Fineko/abc.az.  Bu günlərdə Azərbaycana Avropadan “Lacaune”, “Landschaft Merino”, “İle de France” və “Suffolk” cinsli ətlik, südlük-ətlik istiqamətli qoyunları gətirilib. 

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, ümumi sayı 1000 başdan artıq olan damazlıq heyvanlar “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Ağsu rayonunda yerləşən heyvandarlıq müəssisəsində yerli iqlim şəraitinə uyğunlaşma prosesi keçir.

Damazlıq qoyun cinsləri ətlik, südlük-ətlik və südlük istiqamətli məhsuldarlıqlarına və keyfiyyətlərinə görə seçilirlər. Bu cinslər yerli iqlim şəraitinə sürətlə uyğunlaşdığından fermerlər öz təsərrüfatlarında yerli qoyunlarla yanaşı, xarici cins qoyunlar yetişdirməyə də maraq göstərirlər.

 

Bütün xəbərlər