Ötən il Azərbaycanın bal idxal etdiyi 5 ölkə - Siyahı

16:30 - 22.02.2021


22 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi ötən il Azərbaycana 479 min ABŞ dolları dəyərində təbii balın idxal edildiyini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə ən çox bal idxalı Türkiyədən həyata keçirilib.

Belə ki, bu ölkə hesabat dövründə Azərbaycana 175 min. dollar dəyərində 31,43 ton təbii bal ixrac edib.

Bu da bir il öncəki göstəricidən müvafiq olaraq 5,5% və 11,3% azdır. Dəyər ifadəsində ikinci ölkə isə Rusiya olub. Bu ölkədən 2020-ci il ərzində Azərbaycana 134 min dollarlıq 27,31 ton bal tədarük edilib. Bu göstərici dəyər baxımından 21,7%, həcm baxımından isə 25,7% azalıb Üçüncü yerdə olan İrandan isə ölkəyə 114 min dollar (4,7 dəfə çox) dəyərində 56,37 ton (6 dəfəyədək çox) bal göndərilib.

 

Bütün xəbərlər