330x110
 

Sahibkar məsuliyyətə cəlb olundu - Ərzaq mağazasında nöqsan aşkarlanıb

22.02.2021,17:07


22 fevral, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Şirvanlı kəndində yerləşən, fiziki şəxs Mürsəlov Azər Əziz oğluna məxsus ərzaq məhsullarının saxlanması və satışı anbarında yoxlama keçirib.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, yoxlama zamanı heyvan mənşəli məhsulların baytarlıq ekspertizasından keçmədən, müvafiq baytarlıq şəhadətnaməsi olmadan topdan satışının həyata keçirilməsi, malların saxlanılması və satışı qaydalarına əməl olunmadığı, həmçinin müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi məlum olub.

Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.