Ötən il Azərbaycana ən çox qarabaşaq ixrac edən ölkələr - Siyahı

17:34 - 22.02.2021


22 fevral, Fineko/abc.az. Ötən il Azərbaycana qarabaşaq yalnız 4 ölkədən idxal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu kateqoriya məhsul üzrə ölkəyə dəyər və həcm ifadəsində ən çox idxal Rusiyadan olunub.

Bu ölkə hesabat dövründə Azərbaycana 3,48 min. dollar dəyərində 3,42 ton qarabaşaq ixrac edib. Dəyər ifadəsində ikinci ölkə isə Türkiyə olub.

Bu ölkədən Azərbaycan 0,53 min. dollarlıq 0,24 ton məhsul tədarük edilib. Üçüncü yerdə olan Almaniyadan ölkəyə 0,42 min. dollar dəyərində 0,11 ton qarabaşaq göndərib.

İtaliyadan isə Azərbaycana cəmi 0,07 min dollar dəyərində 0,01 ton məhsul idxal olunub.

 

Bütün xəbərlər