Karantin qaydlarını pozan kafe aşkarlanıb - Bu dəfə Lənkəranda

10:16 - 23.02.2021


23 fevral, Fineko/abc.az. Lənkəranda gecə saat 12-dən sonra fəaliyyət göstərən obyektlər müəyyən edilib.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, rayonun Digah kəndində yerləşən “Zəm-Zəm” çay evinin karantin rejimi qaydalarına zidd olaraq qəlyan xidməti göstərdiyi, Vilvan kəndində yerləşən digər bir çay evinin isə gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

Həmin obyektlərlə bağlı 3 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

 

Bütün xəbərlər