KPMG Azərbaycan “Birləşmə və Satınalmalar: Bilməli olduğunuz məsələlər” mövzusunda seminar keçirib

02.03.2018,10:45


28 fevral tarixində KPMG Azərbaycan Four Seasons mehmanxanasında biznes icmasının və dövlət şirkətlərinin nümayəndələri üçün “Birləşmə və Satınalmalar: Bilməli olduğunuz məsələlər” mövzusunda seminar keçirmişdir.

Seminarı KPMG Azərbaycan şirkətində Vergi və Hüquq departamentinin partnyoru Müşfiq Əliyev qonaqları salamlayaraq açıq elan etmişdir.

Seminar KPMG-nin MDB və Azərbaycan üzrə vergi, hüquq və maliyyə sahələrində ixtisaslaşan beynəlxalq partnyorlar heyəti tərəfindən aparılmışdır. Birləşmə və Satınalmaların hüquqi aspektləri üzrə beynəlxalq ekspert qismində KPMG Almaniyanın Partnyoru, Birləşmə və Satınalmalar praktikasının rəhbəri Dr. Folker Balda iştirak etmişdir.

KPMG-nin MDB, Azərbaycan və Almaniyadan olan mütəxəssisləri şirkətlərin yenidən təşkili ilə bağlı qabaqcıl beynəlxalq təcrübələri bölüşdülər. Seminar əsnasında Birləşmə və Satınalmaların müxtəlif aspektləri, o cümlədən kompleks yoxlama, onun nəticələrinin tranzaksiyanın sonrakı strukturlaşdırılmasına və aktivin qiymətləndirilməsinə təsiri, səhmdarların razılaşması, birgə müəssisələrin düzgün strukturlaşdırılması və s. kimi məsələlər müzakirə olunmuşdur.

KPMG Azərbaycan şirkətində Hüquq Xidmətləri Departamentinin Direktoru Fərid İsayev, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi uyğun olaraq, birləşmə və satınalmaların Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb olunması istiqamətində rolunu vurğuladı.

Seminara qonaqların fəal iştirak etdiyi interaktiv sual-cavab sessiyası ilə yekun vuruldu.

 

Açar sözlər: KPMG