330x110
 

Vergidən azad olunma müddəti uzadılan məhsullar – Siyahı

23.02.2021,12:29


23 fevral, Fineko/abc.az. Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il vergidən azad olunacaq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Başqa sözlə, vergidən azadetmə 2024-ci ilədək davam edəcək.

Digər bir dəyişikliklə isə kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 3 il artırılır.