Kəlbəcər və Zəngilanda sağlamlıq turizmi ilə bağlı potensial var

16:22 - 23.02.2021


23 fevral, Fineko/abc.az. Bildiyiniz kimi Dövlət Turizm Agentliyinin rəsmiləri bu gün mətbuat konfransı keçirib.

ABC.AZ-ın məlumatına görə, mətbuat konfransında azad edilmiş ərazilərdə hazırlanan turizm strategiyası ilə bağlı məsələlərə aydınlıq gətirilib.

Qeyd olunub ki, ümumilikdə bu, uzunmüddətli strategiyadır.

"Orada həyatın bərpası bir qədər zaman alacaq. Azad edilmiş torpaqların turizm potensialı böyükdür. Ümumən söhbət həmin bölgədə turizm məhsullarının yaradılması, klasterlərə bölünməsi, regionun turizm dəyərləndirilməsindən gedir, araşdırmalar aparılır. Ekoturizm, aqroturizm, qış turizmi, təbiət turizmi və sağlamlıq turizmi ilə bağlı işlər görülə bilər. Kəlbəcər və Zəngilanda sağlamlıq turizmi ilə bağlı potensial var, amma turizmin inkişaf konsepsiyası hazırlanandan sonra göstəriləcək ki, hansı regionda daha çox hansı turizm nəzərdə tutulur" deyə bildirilib.

 

Bütün xəbərlər