Əhalinin dollara marağı artıb - Alışı çoxalıb

16:44 - 23.02.2021


23 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 325 milyon 402 min ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bankın dərc etdiyi göstəricilər əsasında aparılmış hesablamalardan ortaya çıxan nəticələrdir.

Nəticələrə əsasən, 2020-ci ilin yanvar ayı ilə müqayisədə bu ilin eyni dövründə dollar alışı 47,8% artıb.

Bu göstərici 2020-ci ilin dekabr ayı ilə müqayisədə 36% artıq deməkdir.

 

Bütün xəbərlər