Qış turizminə maraq artıb

17:22 - 23.02.2021


23 fevral, Fineko/abc.az. Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bu gün keçirdiyi mətbua konfransında deyib.

Onun sözlərinə görə, indi daxili turizm üçün imkanlar yaradılıb: "İnsanların sayının çoxalması, kütləviliyin artması ilə əlaqədar Şahdağ Turizm Mərkəzində məhdudiyyətlər tətbiq edilib. Ümid edirik ki, bu məhdudiyyətlər qısamüddətli olacaq, lakin belə qabaqlayıcı tədbirlərin hamısı insanların sağlamlığı üçün edilir".

 

Bütün xəbərlər