Azərbaycanda şərabçılığın inkişafı üzrə dövlət proqramı hazırlanıb

11:43 - 2.03.2018


2 mart, Fineko/abc.az. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi şərabçılığın inkişafı üzrə Dövlət Proqramı hazırlayır.

Azərbaycan Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, dövlət proqramının inkişafı üzrə işlər artıq yekunlaşma  mərhələsindədir.

“Yaxın vaxtlarda, Azərbaycanda şərabçılığın inkişafı üzrə dövlət proqramının layihəsi, baxılması üçün dövlət başçısına təqdim olunacaq”, - deyə İ.Quliyev bildirib.

Onun sözlərinə görə, şərabçılığın inkişafı üzrə əvvəlki Dövlət proqramı 2008-2015-ci illər üçün hazırlanmışdır. Onun həyata keçirilməsi nəticəsində, üzüm istehsalının sahəsi 16 min hektara, illik istehsal həcmi isə 153 min tona çatdırılmışdır.

 

Bütün xəbərlər