Neft ucuzlaşır, Brent bir barelə $64,95 təşkil edir

09:52 - 24.02.2021


24 fevral, Fineko/abc.az. Neft qiymətləri çərşənbə günü ABŞ-da ehtiyatların artımı ilə bağlı məlumatlar əsasında endirilir.

Amerika Neft İnstitutunun məlumatına görə, ötən həftə ABŞ-da neft ehtiyatları 1,03 milyon barel artıb.

Saat 9:22-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent-in aprel fyuçersinin qiyməti barrel başına $0,42 (0,65%), – $64,95-ə qədər azalıb.

Fevralın 23-də keçirilən ticarətin nəticələrinə görə, aprel ayına olan Brent fyuçers $0,13 (0,2%) – bir barelə $65,37-ə yüksəldi.

Saat 9:22-də  Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin aprel fyuçersinin qiyməti $0,62 (1,02%) – barrel başına $61,05-ə qədər azalıb. Fevralın 23-də keçirilən ticarətin nəticələrinə görə, aprel fyuçersinin qiyməti  $0,03 (0,05%) – bir barelə 61,67 dollara düşdü.

 

Bütün xəbərlər