Bu gecə Bakıda yollar buz bağlayacaq

12:32 - 24.02.2021


24 fevral, Fineko/abc.az. Bu gecə paytaxt Bakıda ən aşağı temperaturun, yəni -9 dərəcə şaxtanın olması gözlənilir.

ABC.AZ-ın Report-a istibadən məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, prosesin ən sərt dövrü gecə müşahidə olunacaq, yollar buz bağlayacaq: "Fevralın 25-i səhər saatlarında - 4 və - 5 dərəcə şaxta, günün ikinci yarısı temperaturun 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. Axşama doğru qar səngiyəcək, küləyi sürəti nisbətən azalacaq".

 

Bütün xəbərlər