330x110
 

Könüllü avtomobil sığortası niyə kəskin azalıb? – Ekspertdən açıqlama

24.02.2021,13:59


24 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank 2021-ci ilin yanvar ayı üçün statistik məlumatları açıqlayıb. Sözügedən statistikada diqqəti ən çox cəlb edən avtomobillərin könüllü sığortasının 2,3 dəfə azalmasıdır.

Bəs görəsən avtomobillərin könüllü sığortasının belə kəskin azalmasına səbəb nədir?

Azalmanın səbəbini sığorta şirkətlərinin riski qiymətləndirərkən maşın detallarının bahalaşması və digər riskləri sığorta haqlarına daxil etməsi -yəni sığorta haqlarını qaldırması ilə izah edən sığorta eksperti İlkin İbrahimov ABC.AZ-a bildirdi ki, sığorta ödənişlərində sərtləşməyə gedilməsi də geriləməyə təsir edən amillərdəndir.

Ekspert ötən ilin yanvar ayı ilə bu ilin eyni dövrüdə azalan sığorta yığımlarına da münasibət bildirib: " Yanvar ayı üzrə icbari avtonəqliyyat sığortası üzrə sığorta haqqı 7106.6 min manat yəni ötən ildən daha təxminən 150 min manat (ötən il 6925 min manat) çox , ödənişlərdə (2021 yanvar 4708.2 min)  isə ötən ildən (2020 yanvar-6059.1 min) 1.3 milyon manat az ödəniş edilib. Hesab edirəm ki, bu rəqəmlır sığorta sektoru üçün ciddi siqnaldır və belə siqnallardan nəticə çıxarılmalıdır".

Müəllif: Elmir Murad