330x110
 

“Atəşgah Sığorta”-da ciddi geriləmələr - Yığımları azalıb

24.02.2021,14:20


24 fevral, Fineko/abc.az. Mərkəzi Bank “Atəşgah Sığorta” şirkətinin 2021-ci ilin ilk ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ ölkənin əsas Bankının 2021-ci ilin yanvar ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, “Atəşgah Sığorta” şirkəti tərəfindən 2021-ci ilin yanvar ayında toplanan sığorta haqlarının həcmi 3,236 mln. manat təşkil edib.

Bu ötən ilin yanvarına nisbətdə 0,402 mln. manat və ya 12,4% azalma deməkdir. Şirkətin azaması tək yığımlarda olmayıb.

Belə ki, şirkətin müştərilərə ödədiyi vəsaitlərin həcmində də də kəskin azalma qeydə alınıb. Müqayisə edilən dövrdə şirkətin məcmu ödənişlərinin həcmi 0,862 mln. manat təşkil edib. Bu da 0,626 mln. manat və ya 1,7 dəfə azalma deməkdir.

Müəllif: Elmir Murad