330x110
 

Sahibkar birlikləri və assosiasiyalar birgə işləyəcək - Təklif

24.02.2021,16:55


24 fevral, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi üzrə yeni istiqamətlər müəyyənləşdirilib.

Xidmətdən ABC.AZ-a daxil olan məlumata görə, prioritetlərə sahibkarların qarşılaşdığı problemlərin çevik şəkildə öyrənilməsi, onların qanunvericiliyə dəyişiklik və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması, orta və uzunmüddətli dövrdə iqtisadi aktivliyin, habelə dövlət büdcəsinə daxilolmaların artırılması daxildir.

Sahibkar birlikləri və assosiasiyalarının nümayəndələri ilə dialoq formatında əməkdaşlıq təşəbbüsü yüksək qiymətləndirilir və bu əməkdaşlığın inkişafına dair təkliflər səsləndirilir.