“Gəncə Şərab-2” 25 milyon manat həcmində vergi ödəyib

12:39 - 2.03.2018


2 mart, Fineko/abc.az. Azərbaycan şərab zavodu “Gəncə Şərab-2”  hər il istehsal edilən məhsulların 50%-ni ixrac edir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, bu zavod, ölkənin üzümçülük sahəsinin inkişafında böyük rol oynayır.

“Zavod 1998-ci ildən fəaliyyət göstərir və fəaliyyət dövrü ərzində, zavod 400 hektara qədər üzüm istehsalı sahəsini artırıb, öz məhsullarının 50%-ni ixrac edir, istehsal xəttini genişləndirir və həmçinin konyak və vodka istehsalına başlayır. 5 il ərzində zavod 25 milyon manat həcmində vergi ödəyib”, - M.Musayev belə deyib.

Onun sözlərinə görə, spirtin keyfiyyəti yerli şərab istehsalçılarının problemlərindən biridir və zavod öz istehsalını yaratmaqla bu problemi həll edib.

“Gəncə Şərab-2” zavodunun təkcə kənd təsərrüfatında deyil, həm də “Made in Azerbaycan” brendinin təşviqində rolununu nəzərə alaraq, biz, zavodun rəhbərliyinə üzüm istehsalı sahəsini 1 min hektara qədər  genişləndirməyi, şərabın həcmini və növlərini artırmağı tövsiyə edirik.

Sahibkarlar Konfederasiyası həmçinin,  maliyyələşdirməyə çıxış, Banklar Assosiasiyası və digər müvafiq qurumlarıa əməkdaşlığın əlaqələndirilməsi yolu ilə şərab istehsalçılarına dəstək göstərməyə hazırdır”, - M.Musayev belə deyib.

Bütün xəbərlər