Gürcüstana hava yolu ilə gedəcək Azərbaycan vətəndaşları üçün yeni şərtlər

17:37 - 24.02.2021


24 Fevral, Fineko/abc.az. Gürcüstan hökuməti Azərbaycandan hava yolu ilə ziyarətçilərin qəbulu qaydalarının daha da sadələşdirilməsi barədə qərar qəbul edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurasının iclasında çıxış edən Baş nazir İrakli Qaribaşvili bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Rusiya, Ukrayna və Ermənistan vətəndaşlarının Gürcüstana hava yolu ilə daxil olmaları sadələşdiriləcək. 

Baş nazir qeyd edib ki, ölkənin quru sərhəd-keçid məntəqələrində cari rejim saxlanılacaq.

 

Bütün xəbərlər