Neft bahalaşır, Brent bir barelə $67,32 təşkil edir

10:17 - 25.02.2021


25 fevral, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri yanacağa tələbatın artacağı gözlənildiyindən, cümə axşamı günü yüksəlir.

Saat 9:32-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent-in aprel neft fyuçersinin qiyməti barrel başına $0,28 (0,42%) – $67,32-ə yüksəldi. Fevralın 24-də keçirilən ticarətin nəticələrinə görə, Brentin aprel ayına fyuçers qiyməti 1,67 (2,56%) - barel başına $67,04 səviyyəsinə yüksəldi.

Saat 9:32-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin aprel neft fyuçersinin qiyməti $0,25 (0,41%) – barrel başına $63,47-ə yüksəldi. Fevralın 24-də keçirilən ticarətin nəticələrinə görə, aprel ayına olan fyuçers $1,55 (2,51%) – bir barel üçün $63,22-ə yüksəldi.

 

Bütün xəbərlər