330x110
 

Qışa hazır olmayan sürücülər cərimələnir – Reyd

25.02.2021,11:33


25 fevral, Fineko/abc.az. Ağstafa rayonunda qış rejiminə uyğun olmayan mikroavtobsuların sürücüləri cərimələnib.

DİN-dən ABC.AZ-a verilən məlumata görə, Ağstafada polis sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparılır.

Reyd zamanı qış rejiminə uyğun olmayan 3 mikroavtobus aşkarlanaraq müvəqqəti dayanacağa qoyulub, sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.