Hökumət AİB-lə birgə layihə hazırlayır

12:04 - 25.02.2021


25 fevral, Fineko/abc.az. Azərbaycan hökuməti Asiya İnkişaf Bankı (AİB) ilə birgə layihə hazırlayır.

ABC.AZ-ın məlumatına görə, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov Pandemiya sonrası perspektivlər:Rəqəmsallaşmağa doğru" mövzusuna həsr edilmiş 10-cu Azərbaycan Mikromaliyyə Konfransında deyib.

O qeyd edib ki,  mikrosahibkarların kiçik, hətta 2 min manata yaxın olan girovsuz kreditin alınması ilə bağlı layihəni hökumət sözügedən Bankla birgə hazırlayır.

Onun sözlərinə görə, bu layihə sahibkarların girov zəmanətlərinin əsas hissəsinin Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən qarşılanmasını nəzərdə tutulur.

 

Bütün xəbərlər