Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri - Siyahı

15:45 - 25.02.2021


25 fevral, Fineko/abc.az. Yanvarda Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələrinin adları məlum olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən ölkələr sırasında ilk üçlükdə İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.

Ay ərzində Azərbaycanın İranla ticarət dövriyyəsinin dəyəri 30 milyon ABŞ dolları, Səudiyyə Ərəbistanı ilə 1,8 milyon dollar, BƏƏ ilə 1 milyon dollar olub.

İran və Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi 2020-ci ilin müvafiq ayına nisbətən artıb, BƏƏ ilə azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər