İslahatlar daha da çevik ordunun yaranmasına gətirib çıxaracaq- Prezident

17:31 - 25.02.2021


25 fevral, Fineko/abc.az. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb.

"Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır" deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər