330x110
 

Yevlaxda aqropark yaradılacaq - Yeni layihə

26.02.2021,10:38


26 fevral, Fineko/abc.az. “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Yevlax rayonu ərazisində pilot aqropark yaradılması nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bir müddət əvvəl layihə üzrə tikinti aparılacaq ərazilərdə torpaq və qrunt sularının analizlərinin aparılması işlərinin satın alınması məqsədilə kotirovka sorğusu elan edilmişdi.

Müəyyən olunmuş vaxtadək iddiaçıların qiymət təklifləri təqdim edilmədiyi səbəbindən 17 fevral 2021-ci il tarixdə elan edilmiş kotirovka sorğusu prosedurunun davamından imtina edilib.