Ermənistanda baş verənlər dövlətçilik əsaslarını sarsıdır - İlham Əliyev

12:05 - 26.02.2021


26 fevral, Fineko/abc.az. Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edək ki, mən Ermənistanda son olanlara şərh bildirmək istəmirəm. "Dünən şəhid ailələriylə görüşdə oradakı vəziyyətədə toxundum. Həmin çıxışım Ermənistanda baş verən hadisələrdən əvvəl edilmişdi. Ancaq hadisələr onu göstərdi ki, mən çıxışımda tam haqlıydım. Ermənistanda baş verənlər dövlətçilik əsaslarını sarsıdır" deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər