Ermənistanda indi böhranlı vəziyyət hökm sürür - İlham Əliyev

12:16 - 26.02.2021


26 fevral, Fineko/abc.az. Ermənistanda bütövlükdə müstəqillik əlamətlərini itirilmişdi, müstəmləkəyə bənzəyirdi.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, bunun səbəbi də işğalçılıq siyasəti idi.

"Ermənistanı ardıcıl olaraq beynəlxalq layihələrdən təcrid etmişdik. Deyirdik ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxartsın. Bundan sonra bölgədə işbirliyimiz ola bilər. Ancaq bu çağırışlara qulaq asan olmadı. Ermənistanda indi böhranlı vəziyyət hökm sürür. Prinsip etibarilə biz başqa ölkələrin daxili işinə qarışmırıq. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalacaq. 10 noyabr bəyanatı icra edilir və ediləcək. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq bəyanat icra ediləcək. Onlar yeni reallıqlarla barışmalıdır. Bu reallığı biz yaratdıq".

Bütün xəbərlər