Döyüşdən sonra biz aşkarladıq ki, erməni ordusu bəzi ərazilərdə qalmaqdadır - Prezident

14:22 - 26.02.2021


26 fevral, Fineko/abc.az. Döyüş əməliyyatları bitdikdən sonra biz aşkarladıq ki, erməni silahlı birləşmələri bəzi ərazilərdə qalmaqdadır.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, bizə əvvəl elə məlumat verdilər ki, onlar sadəcə yollarını azıblar, mühasirədən çıxa bilməyiblər.

"Müəyyən müddət sülhməramlı missiya ilə birgə Azərbaycan hərbçiləri bunların azmış əsgərlər olduğunu düşünərək, onlara kömək etməyə cəhd göstərdilər, onları geri qaytarılması üzrə işlər apardılar. Amma sonra biz aşkarladıq ki, bunlar diversiya qrupudur və orada həm hərbçilərə, həm də dinc əhaliyə, vətəndaşlara hücumlar edirlər" deyə Prezident qeyd edib.

Bütün xəbərlər