“AzerTelecom” 6-ci Karyera sərgisində iştirak edib

02.03.2018,16:27


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” ADA Universiteti tərəfindən təşkil olunmuş 6-cı Karyera sərgisində iştirak edib.

ADA Universitetinin 2000-ə yaxın tələbəsi və məzununun iştirak etdiyi sərgidə “AzerTelecom” bir sıra vakant iş yerlərini təqdim edib. Sərgi zamanı tələbələr və məzunlar ölkənin telekommunikasiya sektorunda qabaqcıl və inkişaf edən şirkətlərdən olan “AzerTelecom”-davakant iş yerləri və təcrübə keçmək imkanları barədə məlumat əldə ediblər, onları maraqlandıran suallara müvafiq cavablar alıblar.

6-cı Karyera sərgisi“AzerTelecom” şirkəti və gənc tələbə və məzunlar arasında birbaşa ünsiyyətin qurulması, gənclərin gələcək karyera imkanları haqda fikir mübadiləsinin aparılmasıvə gənc istedadların kəşf edilməsi istiqamətində imkanlar yaradıb.

2008-ci ildən ölkənin telekommunikasiya sferasında uğurla fəaliyyət göstərən və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti olan “AzerTelecom” insan resurslarının inkişafına hər zamanböyük önəm verərək gənc kadrların işə cəlb edilməsi və peşəkar inkişafıistiqamətində müxtəlif işlər aparır.

Şirkətin insan resursları sahəsində fəaliyyətinin əsasında insan amilinin ön plana çəkilməsi, gənclər üçün karyera imkanlarının genişləndirilməsi, onların davamlı inkişafı üçün müvafiq şəraitin yaradılması kimi prinsiplər dayanır. Şirkət həmçinin karyera sərgilərində fəal iştirak edir və mövcud vakansiyalar barədə tələbə və məzunları məlumatlandırır.

“AzerTelecom” barədə:

“AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı“Bakcell” şirkətidir. “AzerTelecom” şirkətiinternetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Daha ətraflı məlumatı şirkətin www.azertelecom.az internet saytından və Facebook (www.facebook.com/azertelecom.az) və LinkedIn (www.linkedin.com/company/azertelecom.az) sosial şəbəkələrindəki səhifələrindən əldə etmək olar.

Açar sözlər: AzerTelecom