Yoluxanlar artdı - 4 nəfər ölüb

15:58 - 26.02.2021


26 fevral, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 4 nəfər “COVID-19”dan vəfat edib.

 

Bütün xəbərlər